Ərinin həbsinə görə toyu təxirə salıb

Ərinin həbsinə görə toyu təxirə salıb
16:45

Xəbər verildiyi kimi, tanınmış xanəndə Güllü Muradovanın həyat yoldaşı Rasim Yusifov həbs edilib.

Muğam ifaçısı övladına kiçik toy etməyə hazırlaşırmış. O, ərinin həbsinə görə toyu təxirə salıb.

Qeyd edək ki, R.Yusifovun üzərində narkotik vasitə aşkarlanıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilib. Məhkəmənin müvafiq qərarı ilə Rasim Yusifov barəsində 25 sutka müddətinə inzibati həbs qərarı verilib.

Bundan əlavə, o, müvafiq narkoloji dispanserdə qeydiyyata alınaraq məcburi müalicəyə cəlb edilib. (Axşam.az)


Sizin reklam burada
Sizin reklam burada