ABŞ Prezidenti Donald Tramp Çinin İrana müəyyən dəstək göstərdiyini ehtimal etdiyini bildirib.
Bu barədə “Fox News” məlumat yayıb.
Onun sözlərinə görə, Pekin daha geniş dəstək verə bilərdi, lakin hazırkı vəziyyət onu ciddi şəkildə narahat etmir.
Çinin Xarici İşlər Nazirliyi isə bu iddiaları rədd edərək hərbi yardımla bağlı ittihamları qəbul etməyib.