Türkiyədə keçmiş ərinin turşu hücumuna məruz qalan qadın ölüb.
News365.az xəbər verir ki, keçmiş həyat yoldaşının turşu hücumuna məruz qalan qadın xəstəxanada 8 gün davam edən müalicədən sonra vəfat edib.
Məlumata görə, hadisə zamanı anasını qorumağa çalışan 13 yaşlı qız da ağır xəsarətlər alıb. Hazırda onun müalicəsi davam edir, vəziyyətinin ağır olduğu və həyati təhlükəsinin sürdüyü bildirilir.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.