15 yaşlı yeniyetmə “ağabey” demədiyi üçün qətlə yetirilib

15 yaşlı yeniyetmə “ağabey” demədiyi üçün qətlə yetirilib
21:21

Türkiyədə 18 yaşlı şəxs aralarında mübahisə olan 15 yaşlı Erdem Demiri bıçaqlayaraq öldürüb. 

News365.az xəbər verir ki, tərəflər arasında yaranan münaqişəyə səbəb Erdem Demirin C.C.-yə “ağabey” (böyük qardaş) deyə müraciət etməməsi olub.

Bildirilib ki, həyatını itirən Erdem Demirin anası həbsxanada olub, atası ilə isə əlaqəsi olmayıb. Yeniyetmə uzun müddət dövlət himayəsində  yaşayıb.


Faktla bağlı araşdırma aparılır.



Sizin reklam burada
Sizin reklam burada