Bələdiyyə sədri adı ilə dələduzluq edən 6 nəfər saxlanılıb

Bələdiyyə sədri adı ilə dələduzluq edən 6 nəfər saxlanılıb
20:54

Türkiyədə bələdiyyə sədri adı ilə dələduzluq edən 6 nəfər saxlanılıb.


News365.az xəbər verir ki, Samsun şəhəri mərkəz olmaqla 6 şəhərdə telefonla əlaqə saxladıqları şəxsləri özlərini Samsun Böyükşəhər Bələdiyyəsinin sədri Halit Doğan kimi təqdim edərək aldadan 6 şübhəli saxlanılıb.

Araşdırmalar zamanı müəyyən edilib ki, şübhəlilər bu üsulla 310 min lirə məbləğində qanunsuz gəlir əldə ediblər.

Faktla bağlı istintaq davam etdirilir.



Sizin reklam burada
Sizin reklam burada