Ajda Pekkan qeyri-adi zövqündən danışdı: “Biri yaşıl, digəri bənövşəyi ayaqqabı geyindim”

Ajda Pekkan qeyri-adi zövqündən danışdı: “Biri yaşıl, digəri bənövşəyi ayaqqabı geyindim”
10 İyn 2026 23:19

Türkiyənin tanınmış müğənnisi Ajda Pekkan fərqliliyi sevdiyini etiraf edib.

News365.az xəbər verir ki, sənətçi keçmiş həyat yoldaşı onun qeyri-adi zövqünə təəccüblə yanaşdığını bildirib. 

 Ajda Pekkanın sözlərinə görə, bir vaxtlar biri yaşıl, digəri bənövşəyi rəngdə olan iki ayaqqabı alıb və onları heç vaxt birlikdə geyinməsə də, fərqli rəngləri seçməkdən zövq alıb.

Müğənni qeyd edib ki, bu cür yanaşma sonradan öyrənilən bir xüsusiyyət deyil, onun xarakterindən gəlir:

“Mən fərqliliyə vurğunam. Bu, çalışmaqla və ya öyrənməklə əldə olunan bir şey deyil. Belə doğulmuşam və bu, məni heç vaxt narahat etməyib. İnsanlar təəccüblənirdi, amma mən bunu sevirəm.” deyə Ajda Pekkan bildirib.


Sizin reklam burada
Sizin reklam burada