Bakıda obyektdə baş verən yanğın SÖNDÜRÜLÜB-YENİLƏNİB

Bakıda obyektdə baş verən yanğın SÖNDÜRÜLÜB-YENİLƏNİB
20:16

Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsində yerləşən obyektdə başlayan yanğın söndürülüb.

Bu barədə News365.az-a FHN-in mətbuat xidmətindən məlumat verilib. 

***

19:15

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsində yerləşən obyektdə yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirliyin Mətbuat xidmətindən News365.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir.

Əlavə məlumat veriləcək.


Sizin reklam burada
Sizin reklam burada