Tramp 2037-ci ilə qədər hakimiyyətdə qala bilər - "Daily Mail"

Tramp 2037-ci ilə qədər hakimiyyətdə qala bilər - "Daily Mail"
30 Mar 2025 10:15

ABŞ prezidenti Donald Tramp ölkə konstitusiyasına edilən 22-ci düzəlişdəki boşluq sayəsində 2037-ci ilə qədər hakimiyyətdə qala bilər. Bu barədə "Daily Mail" yazıb.

"Tramp vitse-prezidentliyə namizəd ola bilər. Gələcəkdə ölkə rəhbərliyi üçün əsas fiqur sayılan Vens isə andiçmədən sonra vəzifəsini tərk edərək vitse-prezident kimi fəaliyyət göstərən Trampa prezident səlahiyyətlərini verə bilər. Eyni prosedur bir neçə seçki üçün də tətbiq oluna bilər",- nəşr yazıb.

Keçən il Trump, konstitusiyadakı müddəalara baxmayaraq,  üçüncü müddətə prezident kimi namizəd olmaq fikrinə açıq olduğunu söyləmişdi.

Tramp ilk dəfə ABŞ-dəki prezident seçkilərində 2016-cı il noyabrın 8-də qalib gəlib. O, 2017-ci il yanvarın 20-də vəzifəsinin icrasına başlayıb. 2020-ci ilin noyabrında keçirilən seçkilərdən sonra Tramp prezident kreslosunu demokrat Co Baydenə verdi. 2024-cü il noyabrın 5-də isə yenidən dövlət başçısı seçilib. 20 yanvar 2025-ci ildə o, ABŞ prezidenti kimi andiçmə mərasimi keçirdi.



Tural


Sizin reklam burada
Sizin reklam burada