Tolikdən şikayət: 10 gün həbs edildi

Tolikdən şikayət: 10 gün həbs edildi
13:28

Aparıcı Tarix Əliyevi (Tolik) təhqir edən tiktoker Zaur Qasımov inzibati qaydada həbs edilib.

News365.az-ın məlumatına görə, Nərimanov Rayon Məhkəməsi aparıcının şikayəti əsasında belə qərar çıxarıb.

Protokolda yazılıb ki, Zaur Qasımov “TikTok”da canlı yayım zamanı Toliki təhqir edib. Daha sonra hirsi soyumayan şəxs aparıcıya zəng edərək şəxsinə qarşı nalayiq sözlər işlədib.

Tarix Əliyev bu barədə polisə rəsmi qaydada müraciət edib. Şikayətçi olduğu şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Hakim Xalidə Əlisoyun qərarı ilə Zaur Qasımov xırda xuliqanlıqda təqsirli bilinərək inzibati qaydada 10 sutka müddətinə həbs edilib.



Sizin reklam burada
Sizin reklam burada