Deputat: Ermənistan rəhbərliyi bunun əhəmiyyətini dərk etmir

Deputat: Ermənistan rəhbərliyi bunun əhəmiyyətini dərk etmir
12:15

Ermənistan Baş nazirinin sülh sazişinin 2031-ci ildə, sonra 2027-ci ildə imzalanması barədə səsləndirdiyi bu fakt bir daha təsdiq edir ki, Ermənistan rəhbərliyi praktiki sülhün əhəmiyyətini ciddi dərk etmir.

News365.az xəbər verir ki, bunu deputat Kamal Cəfərov parlamentdə çıxışı zamanı deyib.

"Sülh ciddi məsələdir, hansısa siyasi kampaniya aləti deyil. Görünür, İrəvan regional sülhü öz daxili siyasi təqviminin girovuna çevirməklə vaxt uzatmağa çalışır. Ona görə cənab Prezident İlham Əliyevin dediyi kimi, indiki Ermənistan rəhbərliyindən sülh göyərçini düzəltmək istəyənlər bir daha görsünlər ki, əsl sülh istəyən tərəf belə təzadlı açıqlamalar verməz. Sülhü ölkə gündəliyinin ən sonuncu təqvim prioritetinə çevirməz. Sülhü hakimiyyətdə qalmaq üçün siyasi alətə çevirməz",- deputat vurğulayıb.

Onun sözlərinə görə, buradan görünən mənzərə odur ki, İrəvanda hələ də illüziyalarla yaşayanlar var. "Onlar düşünürlər ki, müxtəlif bəhanələrlə vaxt uzatmaqla həm daxili auditoriyanı aldatmaq olar, həm də xarici havadarlarının köməyi ilə hansısa güzəştlərə nail ola bilərlər. Biz heç vaxt heç kimə güzəşt etmirik. Ermənistan rəhbərliyi də, xalqı da əmin olsun ki, sülh ən çox onlara lazımdır. Biz isə gec-tez istədiyimizə nail olacağıq və heç kim də bizim iradəmizə təsir edə bilməz",- deputat qeyd edib.


Sizin reklam burada
Sizin reklam burada