Tanınmış aşıq Mübariz Camaloğlu da biznesə başlayan məşhurların sırasına qoşulub.
News365.az xəbər verir ki, saz aləti ilə şouları ilə gündəmə gələn sənətçi açılışını etdiyi avtoyuma məntəqəsində konsert keçirib.
Belə ki, onun məkana dəvət etdiyi ifaçılar mahnılar səsləndiriblər. Aşıq açılaşa anasını da gətirib. Onlar birlikdə rəqs ediblər.
Sözügedən "moyka konserti" sosial şəbəkədə müzakirələrə səbəb olub.