Tanınmış aparıcıdan CAVAB: “Məni yox, anamı kədərləndirirlər”

Tanınmış aparıcıdan CAVAB: “Məni yox, anamı kədərləndirirlər”
12:44

Tanınmış aparıcı Vüsalə Məmmədova Ağdama səfəri zamanı çəkdiyi fotoları sosial media izləyiciləri ilə bölüşüb. Lakin paylaşımdan sonra gələn bəzi şərhlər onun diqqətini çəkib.

Vüsalə Məmmədova qeyd edib ki, bəzi izləyicilər qeyri-etik rəylər yazmaqla xoşagəlməz vəziyyət yaradıblar:

“Mən sözdən öncə sahibini qiymətləndirən insanam. Düşünürəm ki, bəlkə də bu zavallını həyatda xoşbəxt edən yeganə an mənim və ya başqasının ünvanına yazdığı sözlərdir. Onu bu ‘xoşbəxtlikdən’ necə məhrum edim?” – deyə aparıcı bildirib.

O əlavə edib ki, bu tip rəylər şəxsi olaraq onu narahat etmir, amma anasının bütün şərhləri oxuduğunu və kədərləndiyini vurğulayıb. Dostlarının neqativ yazan izləyiciləri bloklamaq məsləhətinə isə Vüsalə Məmmədova razılaşmayıb:

“Mən onları bloklasam, onların yeganə ‘xoşbəxtliklərini’ əlindən almış olaram. Buna dəyərmi?” – deyə aparıcı fikrini tamamlayıb.

News365.az


Sizin reklam burada
Sizin reklam burada