Tanınmış aktyorun vəziyyəti kritikdir

Tanınmış aktyorun vəziyyəti kritikdir
10 Mar 2025 21:45

Süni tənəffüs dəstəyi ilə təmin olunan xəstənin vəziyyəti kritik ağır olaraq dəyərləndirilir.


News365.az xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.


Qeyd edilib ki, Azərbaycan Dövlət Akademik Musiqili Teatrın aktyoru Möylə Mirzəliyev bir müddət əvvəl boyun fəqərələrində spinal stenoz diaqnozu ilə özəl tibb müəssisəsində transpedikulyar fiksasiya (implant) əməliyyatı olunub. Əməliyyat sonrası xəstədə yuxarı və aşağı ətrafların iflici qeydə alındığından uzun müddət özəl tibb müəssisəsinin Reanimasiya və intensiv terapiya şöbəsində müalicə alıb.


Bir neçə gün öncə Yeni Klinikada stasionar müalicəyə cəlb olunan xəstə ağırlaşma səbəbilə Reanimasiya şöbəsinə köçürülüb. Hazırda müalicəsi davam etdirilir.


Sizin reklam burada
Sizin reklam burada