"Taksilər vətəndaşlar üçün əlçatan və etibarlı olmalıdır"- Aslan Əsədov

"Taksilər vətəndaşlar üçün əlçatan və etibarlı olmalıdır"- Aslan Əsədov
12:42

"Taksilərin əlçatanlığı və etibarlılığı vətəndaşlar üçün əsas prioritetdir".

Nəqliyyat eksperti Aslan Əsədov News365.az-a açıqlamasında bildirib ki, taksilərin qiymətlərində edilən yeniliklərdən əsas məqsəd xidmətlərin əlçatanlığının təmin olunmasıdır. Onun sözlərinə görə, vətəndaşlar üçün taksilərin əsas üstünlüyü həm əlçatanlıq, həm də etibarlılıq və qapıdan-qapıya daşımadır.

Ekspert əlavə edib ki, hazırda taksilər nəqliyyat sektorunda ən etibarlı vasitələrdən hesab olunur və xidmət keyfiyyətinin yüksək səviyyədə təmin olunması, həmçinin vətəndaşlar arasında reytabirliyin qorunması üçün vacibdir.

Aslan Əsədov vurğulayıb ki, taksilərin müxtəlifliyi və xidmət səviyyəsi davamlı olaraq inkişaf etdirilməli, mövcud problemlərin aradan qaldırılması təmin olunmalıdır.


Sizin reklam burada
Sizin reklam burada