Suriya İranla münasibətləri bərpa etməyə açıqdır.
News365.az xəbər verir ki, bu sözləri Suriya xarici işlər naziri Əsəd əl-Şeybani deyib.
O, qeyd edib ki, bunun üçün Tehran Bəşər Əsəd rejiminə dəstəyindəki rolunu və Suriyada son 14 ildə baş verənlərə görə məsuliyyətini qəbul etməlidir.
Şeybani İranın Suriyada törətdikləri ilə bağlı “real həll” ortaya qoyulacağı təqdirdə danışıqların bərpa oluna biləcəyini söyləyib. “Diplomatiyanın sərhədləri yoxdur”, – deyə nazir əlavə edib.