Sürət həddini 200-ə çatdıran sürücü saxlanıldı - Video

Sürət həddini 200-ə çatdıran sürücü saxlanıldı - Video
21 Mar 2026 17:14

Magistral yolda sürət həddini kəskin şəkildə artıran sürücü saxlanılıb.

News365.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib.

"Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində 20 FH 795 dövlət qeydiyyat nişanlı BYD markalı avtomobili yüksək sürətlə idarə edən sürücü, 37 yaşlı Elçin Allahverdiyev saxlanılıb. Avtomobil mühafizə olunan duracağa yerləşdirilib, sürücü barəsində hüquqi məsuliyyət tədbirləri görülür", - məlumatda vurğulanıb.


Sizin reklam burada
Sizin reklam burada