O da həmin gəmidə imiş - HADİSƏNİ danışdı - FOTOLAR

O da həmin gəmidə imiş - HADİSƏNİ danışdı - FOTOLAR
11:23

Məşhur türkiyəli youtuber Ruhi Çenet hantavirus aşkarlanan və 3 nəfərin həyatını itirdiyi “MV Hondius” gəmisində olduğunu açıqlayıb.

News365.az bu barədə Türkiyə mediasına istinadən xəbər verir.

O, yaşadıqlarını sosial media hesabında paylaşıb.

Məlumata görə, gəmi Argentinadan Afrikanın qərbində yerləşən Kabo-Verde istiqamətində hərəkət edirmiş. Gəmidə 23 ölkədən 150-dən çox sərnişin olub. Ruhi Çenet dünyanın ən uzaq yaşayış məntəqələrindən sayılan Tristan da Cunha adasına sənədli film çəkmək üçün yollandığını bildirib.

Çenet qeyd edib ki, ilk ölüm hadisəsindən sonra vəziyyətin okean şəraiti ilə bağlı olduğu düşünülsə də, sonradan gəmidə hantavirus yayıldığı məlum olub.

“Hamı iç-içə qalmağa davam etdi, yeməklər birlikdə yeyildi, tədbirlər keçirildi. Ölən şəxsin həyat yoldaşı da bir neçə gün sonra vəfat etdi” - deyən youtuber təhlükəsizlik tədbirlərinin yetərsiz olduğunu vurğulayıb.

Məşhur bloger 24-cü gündə gəmidən endiyini, ondan sonra daha iki nəfərin öldüyünü bildirib. O həmçinin gəminin yeganə həkiminin də xəstəlik səbəbindən ağır vəziyyətdə olduğunu qeyd edib.

Ruhi Çenet hazırda səhhətinin yaxşı olduğunu və lazımi qan analizlərini verdiyini açıqlayıb.



Sizin reklam burada
Sizin reklam burada