Rüfət Qarazadə festivalın münsiflər heyətinə üzv seçilib.
Türkiyənin İzmir şəhərinin Ege Universitetində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) və ölkəmizin Türkiyədəki səfirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə Beynəlxalq Turan Film Festivalı çərçivəsində “Azərbaycan kino günləri”nin rəsmi açılış mərasimi keçirilib. Açılış mərasimindən öncə Beynəlxalq Turan Film Festivalının münsiflər heyətinin müəyyənləşdiyi və Azərbaycan tərəfdən də ARKA direktorunun köməkçisi, “Azərbaycanfilm” Kinostudiyasının direktor müavini vəzifəsini icra edən Rüfət Qarazadənin bu quruma üzv seçildiyi qeyd edilib.
Sonra Türkiyənin
Turan Film Festivalının baş koordinatoru, Ege Universitetinin prorektoru,
professor Mehmet Ersan mərasimi açaraq bu nüfuzlu festivalda “Azərbaycan kino günləri”nin
keçirilməsinin qardaş Azərbaycanda yeni çəkilmiş filmlərin Türkiyədə və bütün Türk
dünyasında tanıdılması məqsədilə təşkil olunduğunu bildirib.
Azərbaycanın
Türkiyədəki səfiri Rəşad Məmmədov “Azərbaycan kino günləri”nin mədəniyyətimizin
təbliği, ölkəmizin tarixi və mədəniyyətinin daha dərindən öyrənilməsi
baxımından böyük əhəmiyyət kəsb etdiyini bildirib.
Daha sonra çıxış
edən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət
göstərən Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) baş direktor
köməkçisi, “Azərbaycanfilm” Kinostudiyasının direktor müavini vəzifəsini icra
edən Rüfət Qarazadə “Azərbaycan Kino günləri” və bu tədbirin ilk günündə
nümayiş olunacaq “Nargin: Sona qədər sirli” filmi barədə məlumatları təfsilatı
ilə tədbir iştirakçılarının diqqətinə çatdırıb. R.Qarazadə onu da bildirib ki,
“Azərbaycan Kino günləri” layihəsi çərçivəsində nümayiş olunacaq yeni
Azərbaycan filmləri milli kino məktəbinin müasir inkişafı, kino istehsalına yaradıcı
yanaşmalar və bədii-estetik axtarışlar baxımından dəyərli nümunələrdir.
Açılış mərasimi
“Nargin: Sona qədər sirli” filminin nümayişi ilə davam etdirilib.
May ayının 8-dək
davam edəcək layihə çərçivəsində yeni Azərbaycan filmləri Türkiyənin İzmir və
Bursa şəhərlərində tamaşaçılara təqdim olunacaq.