İran Prezidenti Məsud Pezeşkian Fransa Prezidenti Emmanuel Makronla telefon danışığı zamanı Hörmüz boğazı ilə bağlı mövqeyini açıqlayıb.
News365.az İran mediasına istinadən xəbər verir ki, Pezeşkian boğazın tam açılması ilə bağlı hər hansı danışıqların ABŞ-ın tətbiq etdiyi hərbi-dəniz məhdudiyyətlərinin aradan qaldırılmasını tələb etdiyini bildirib.
O, məsələnin həllinin regionda gərginliyin azalması və beynəlxalq ticarət marşrutlarının təhlükəsizliyi baxımından vacib olduğunu vurğulayıb.
News365.az