ABŞ–İran gərginliyi qlobal enerji böhranını dərinləşdirir

ABŞ–İran gərginliyi qlobal enerji böhranını dərinləşdirir
13:15

Yaxın Şərqdə İran ətrafında gərginlik və ABŞ-la mümkün razılaşma ehtimalları beynəlxalq gündəmin əsas mövzularından biri olaraq qalır. Enerji bazarlarında müşahidə olunan dəyişikliklər isə qlobal iqtisadi vəziyyətə təsir göstərir.

Politoloq Sahil Kərimli News365.az-a açıqlamasında ABŞ və İran arasında mümkün razılaşma ilə bağlı nikbin bəyanatlara baxmayaraq, real vəziyyətin fərqli olduğunu bildirib.

Politoloq Sahil Kərimli News365.az-a açıqlamasında ABŞ və İran arasında razılaşma ilə bağlı səslənən optimist fikirlərin real vəziyyəti tam əks etdirmədiyini bildirib.

O qeyd edib ki, İran böhranı və Hörmüz boğazı ətrafındakı gərginlik dünya iqtisadiyyatında ciddi enerji təlatümləri yaradır və bu, xüsusilə Avropada enerji təhlükəsizliyi ilə bağlı narahatlıqları artırır.

Politoloqun sözlərinə görə, ABŞ-ın hərbi təhdidlərinə baxmayaraq, əvvəlki qarşıdurmalarda tərəflərdən heç biri tam üstünlük əldə etməyib, İran isə təzyiqlərə qarşı dayanıqlılıq nümayiş etdirib.



Sizin reklam burada
Sizin reklam burada