Puldan pul qazanma dövrü başladı - SON RƏQƏMLƏR

Puldan pul qazanma dövrü başladı - SON RƏQƏMLƏR
10:50

ABŞ ilə İran arasında mümkün razılaşma ilə bağlı yaranan nikbinlik dünya bazarlarında canlanma yaradıb.

News365.az xəbər verir ki, son günlər həm qızıl və gümüş qiymətlərində, həm də kriptovalyuta bazarında ciddi yüksəliş müşahidə olunur.

Məlumata görə, dolların zəifləməsi və geosiyasi gərginliyin azalacağına dair gözləntilər investorların yenidən riskli aktivlərə yönəlməsinə səbəb olub. Qızılın unsiyası son həftələrin ən yüksək səviyyəsinə çatıb, gümüşdə də bahalaşma davam edir.

Kriptovalyuta bazarında isə xüsusilə Bitcoin və Ethereum diqqət çəkib. Bitcoin 82 min dollardan yuxarı qalxaraq son dövrün ən yüksək göstəricilərindən birini görüb. Ethereumda da güclü artım qeydə alınıb.

Analitiklər bildirirlər ki, bazarlarda hazırda “risk iştahı” artıb. Bununla yanaşı, Yaxın Şərqlə bağlı qeyri-müəyyənliklərin davam etməsi səbəbindən yaxın günlərdə dalğalanmaların yenə də mümkün olduğu vurğulanır.


Sizin reklam burada
Sizin reklam burada