Paşinyandan AÇIQLAMA: “Ermənistan Rusiyanın müttəfiqi deyil”

Paşinyandan AÇIQLAMA: “Ermənistan Rusiyanın müttəfiqi deyil”
14:51

Ermənistan Ukrayna məsələsində Rusiyanın müttəfiqi mövqeyindən çıxış etmir.

News365.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan jurnalistin sualını cavablandırarkən bildirib.

Jurnalist Ukrayna Prezidenti Volodimir Zelenskinin İrəvana gözlənilən səfərinin anti-Rusiya addımı kimi qəbul edildiyini xatırladıb. Paşinyan buna cavab olaraq qeyd edib ki, Ermənistanın bu məsələdəki mövqeyi neytraldır və ölkəsi Rusiya-Ukrayna müharibəsində Moskvanın tərəfində yer almır.

O, həmçinin vurğulayıb ki, İrəvanın xarici siyasətindəki bu istiqamət çoxdan bəllidir və müxtəlif beynəlxalq platformalarda da nümayiş etdirilib.


Sizin reklam burada
Sizin reklam burada