Azərbaycanda bu universitet ləğv edilir? - RƏSMİ

Azərbaycanda bu universitet ləğv edilir? - RƏSMİ
14:04

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin elmi-tədqiqat institutuna çevriləcəyi ilə bağlı son günlər səsləndirilən iddialar müzakirələrə səbəb olub.

News365.az xəbər verir ki, uzun illərdir fəaliyyət göstərən bu ali təhsil ocağının fəaliyyət formatının dəyişəcəyi, hətta ləğv olunacağı ilə bağlı suallar yaranıb.

Məsələ ilə bağlı Bakıvaxtı.az-ın sorğusunu cavablandıran ADNSU-nun mətbuat xidmətindən bildirilib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir.

“Universitetimizdə elmi araşdırmalar hər zaman aparılıb və bu istiqamətdə fəaliyyət davam edir. Lakin qeyd olunan iddialar tamamilə absurddur. Bununla belə, elmi-tədqiqat laboratoriyalarının və bu sahədə işlərin genişləndirilməsi istisna edilmir”, – deyə açıqlamada vurğulanıb.

Qeyd edək ki, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti 1920-ci ildən fəaliyyət göstərir.


Sizin reklam burada
Sizin reklam burada