Tramp bir neçə gün əvvəl İran tərəfinin ABŞ gəmilərinə atəş açması ilə bağlı iddialara münasibət bildirib.
News365.az xəbər verir ki, ABŞ Prezidenti mətbuat konfransında həmin hadisəni “çoxdan baş vermiş” kimi qiymətləndirərək, hazırkı vəziyyətin fərqli olduğunu deyib.
Tramp əlavə edib ki, onun fikrincə İran ciddi şəkildə razılaşma əldə etmək istəyir.