Rusiyanın Bryansk vilayətində yaşayış məntəqələri hücuma məruz qalıb. Yerli hakimiyyət orqanlarının məlumatına görə, zərbələr nəticəsində azı 13 nəfər xəsarət alıb.
News365.az xəbər verir ki, Bryansk vilayətinin qubernatoru Aleksandr Boqomaz bildirib ki, hücum zamanı yaşayış binalarına ziyan dəyib. Hadisə ilə bağlı əlavə araşdırmalar aparılır.
Məlumata əsasən, insident Rusiya ilə Ukrayna arasında atəşkəs çağırışlarının gündəmdə olduğu bir vaxta təsadüf edib. Ukrayna tərəfi daha əvvəl Rusiyanın həyata keçirdiyi hücumlara qarşı “simmetrik cavab” veriləcəyini açıqlamışdı.
News365.az