Fransanın Cənubi Qafqaz siyasəti və Azərbaycana münasibəti ilə bağlı səslənən fikirlər yenidən müzakirə mövzusuna çevrilib. Ekspertlər Parisin regionla bağlı yanaşmalarında ziddiyyətli məqamların olduğunu bildirirlər.
Politoloq Aytən Qurbanova News365.az-a açıqlamasında Fransanın xarici siyasətində Azərbaycana qarşı qərəzli yanaşmaların müşahidə olunduğunu bildirib.

Politoloq Aytən Qurbanova News365.az-a açıqlamasında Fransanın xarici siyasətində Azərbaycana qarşı qərəzli yanaşmaların müşahidə olunduğunu deyib.
Onun sözlərinə görə, bəzi hallarda Fransa konstruktiv mesajlar versə də, paralel olaraq Azərbaycanın ərazi bütövlüyü və suverenliyi ilə bağlı ziddiyyətli addımlar atılır.
“Fransa Ermənistanı öz təsir dairəsində olan tərəf kimi görür və bu siyasət regionda yeni gərginliklərin yaranmasına səbəb ola bilər”, – deyə o bildirib.
Qurbanova qeyd edib ki, Qarabağın “Dağlıq Qarabağ” kimi təqdim olunması münasibətlərə mənfi təsir göstərən təxribat xarakterli addımdır.
Onun fikrincə, Fransanın regiona müdaxilə cəhdləri və Ermənistan üzərindən təsir imkanlarını genişləndirməsi Cənubi Qafqazda gərginlik riskini artırır.
“Ermənistanda gedən siyasi proseslər və seçki öncəsi vəziyyət bəzi Avropa dairələrinin mövqeyinə də təsir edir və bu fonda Azərbaycana qarşı kampaniya cəhdləri mümkündür”, – politoloq vurğulayıb.
Sonda o qeyd edib ki, Azərbaycan öz ərazi bütövlüyü və suverenliyi ilə bağlı mövqeyində qətidir və bu reallıqları dəyişmək mümkün deyil.