Ermənistan Baş naziri Nikol Paşinyan mayın 9-da Moskvada keçiriləcək paradda iştirak etməyəcək.
News365.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə məlumatı Paşinyan hökumətin iclasında açıqlayıb.
O bildirib ki, seçkiqabağı kampaniya səbəbindən parada qatılmayacaq.
Paşinyan həmçinin əlavə edib ki, aprelin 1-də Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşü zamanı onu bu barədə məlumatlandırıb.
Xatırladaq ki, iyunun 7-də Ermənistanda parlament seçkiləri keçiriləcək.