Bir günə 100 minə yaxın uşaq məktəbə qəbul olub

Bir günə 100 minə yaxın uşaq məktəbə qəbul olub
12:59

“100 minə yaxın uşaq artıq məktəb seçimini edib”.

News365.az xəbər verir ki, bunu MÜTDA-nın direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bir gün ərzində yüz minə yaxın uşaq məktəb və müəllim seçərək siniflərə yerləşdirilib: “Məktəbə qəbul prosesi çərçivəsində qısa müddətdə böyük sayda valideyn seçim edib və uşaqlar artıq siniflərə yerləşdirilib. Bu proses imtahansız, müsabiqəsiz və müsahibəsiz həyata keçirilir. Bir gün keçib, artıq yüz minə yaxın uşaq məktəb, müəllim seçimini edib və sinifdədir”.

Onun sözlərinə görə, qəbul prosesinin elektron şəkildə təşkili valideynlərin seçim imkanlarını daha da genişləndirir.


Sizin reklam burada
Sizin reklam burada