Rusiyada miqrasiya ilə bağlı yeni qanun layihəsi hazırlanır. Məlumata görə, təşəbbüs keçmiş SSRİ ölkələrində doğulan şəxslərə aid edilə bilər.
News365.az xəbər verir ki, layihəyə əsasən, həmin şəxslərin Rusiya vətəndaşlığı əldə etməsi və ya ölkədə yaşaması ilə bağlı müəyyən güzəştlərin tətbiqi nəzərdə tutulur. Qanunun hansı şərtlərlə qəbul ediləcəyi və konkret hansı ölkə vətəndaşlarını əhatə edəcəyi hələlik tam açıqlanmayıb.
Bildirilir ki, təşəbbüs keçmiş sovet respublikalarında doğulan insanlara şamil oluna bilər. Bu siyahıya Azərbaycanın da daxil olduğu qeyd olunur.
Hazırda qanun layihəsi ilə bağlı müzakirələr davam edir. Rəsmi qərarın yaxın vaxtlarda açıqlanacağı gözlənilir.
News365.az