Starmerin Ukraynaya qoşun göndərmək istəyi əxlaqsızlıqdır - "The Times"

Starmerin Ukraynaya qoşun göndərmək istəyi əxlaqsızlıqdır - "The Times"
11:48

Böyük Britaniyanın baş naziri Keir Starmerin sülhməramlı missiya çərçivəsində Britaniya qoşunlarını Ukraynaya göndərmək istəyi əxlaqsızlıqdır. Bu barədə Britaniyanın “The Times” qəzeti yazıb.


“Son vaxtlar Böyük Britaniya baş nazirlərinin beynəlxalq arenada dolaşaraq, kiçik müharibələrə qarışmaq vərdişə çevrilib. Hansılar ki, onlarla mübarizə aparmağa imkanları belə yoxdur”, - nəşr yazıb.


Məqalədə qeyd edilib ki, Britaniyanın Ukraynaya kifayət qədər hərbi imkanları olmayan qoşunu yeritməsi sadəcə amoralizmdir.


Bundan əvvəl qəzet yazmışdı ki, Birləşmiş Ştatların davamlı dəstəyi olmadan Böyük Britaniya çətin ki, Ukraynaya əhəmiyyətli sülhməramlılar kontingentini göndərsin.

Son günlər Fransa və Britaniyanın Ukraynaya qoşun göndərmək istəyində olması barədə ardıcıl açıqlamalar sələndirilir. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, NATO qoşunlarının Ukraynaya göndərilməsi münaqişənin həllinə kömək etməyəcək.



Tural


Sizin reklam burada
Sizin reklam burada