Starmer İvett Kuperi xarici işlər naziri təyin edib

Starmer İvett Kuperi xarici işlər naziri təyin edib
05 Sen 2025 22:30

Keçmiş daxili işlər naziri İvett Kuper xarici işlər naziri təyin edilib. 

News365.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın baş naziri Kir Starmerin ofisinin bəyanatında deyilir.

"Möhtərəm İvett Kuper xarici işlər, Birlik və İnkişaf Məsələləri üzrə nazir vəzifəsinə təyin edilib", - bəyanatda deyilir. 

56 yaşlı Kuper Baş nazirin müavini və ədliyyə naziri təyin edilmiş xarici işlər naziri Devid Lemmini əvəz edib. 

Boş qalan daxili işlər naziri postunu isə əvvəllər Ədliyyə Nazirliyinə rəhbərlik etmiş Şabana Mahmud tutub.

Qeyd edək ki, Kuper Starmerin kabinetində ən təcrübəli siyasətçilərdən biridir. O, həmçinin 2008-2009-cu illərdə Qordon Braunun hökumətində maliyyə nazirinin müavini, 2009-2010-cu illərdə isə əmək və pensiya naziri vəzifələrində çalışıb.


Sizin reklam burada
Sizin reklam burada