Spirtli içki ilə bağlı şəkər xəstələrinə XƏBƏRDARLIQ

Spirtli içki ilə bağlı şəkər xəstələrinə XƏBƏRDARLIQ
08:54

"Alkoqol şəkərli diabetdən əziyyət çəkən insanlar üçün inanılmaz dərəcədə təhlükəlidir".

Bunu "Veçernyaya Moskva" nəşri ilə söhbətində həkim-endokrinoloq və genetik Kristina Kuznetsova deyib.

Mütəxəssis xəbərdarlıq edib ki, spirt mühüm orqanların işini pozur, onlardan biri məhz şəkər xəstələri üçün zəruri olan insulin istehsal edir.

"Alkoqol şəkərli diabetdən əziyyət çəkən insanlar üçün çox qorxulu bir şeydir. O, ölümə səbəb ola bilər, çünki o, insulin istehsal edən qaraciyər və mədəaltı vəzinin fəaliyyətini pozur", - deyə K. Kuznetsova izah edib. (Oxu.az)


Sizin reklam burada
Sizin reklam burada