Astronomlar ilk dəfə Günəş sistemindən kənarda yerləşən bir planetdən gələn radio siqnalını birbaşa müəyyənləşdiriblər.
News365.az xəbər verir ki, söhbət Yerdən təxminən 63 işıq ili uzaqda yerləşən Beta Pictoris b planetindən gedir.
Alimlər siqnalın planetin güclü maqnit sahəsi ilə əlaqəli olduğunu düşünürlər.
İlkin hesablamalara görə, onun maqnit sahəsi Yerin maqnit sahəsindən 2 500 dəfədən çox güclü ola bilər.
Tədqiqat hələ elmi jurnalda rəsmi ekspert yoxlamasından keçməyib.