Düşərgə yeri axtararkən 390 milyon illik nəhəng krater tapdı

Düşərgə yeri axtararkən 390 milyon illik nəhəng krater tapdı
20:40

Kanadada düşərgə yeri axtaran həvəskar astronom təsadüfən milyonlarla illik sirrin izinə düşüb.

News365.az xəbər verir ki, peyk görüntülərində diqqətini çəkən dairəvi quruluşu araşdıran alimlər onun təxminən 390 milyon il əvvəl meteoritin Yerə çarpması nəticəsində yaranan nəhəng krater olduğunu müəyyən ediblər.

Təxminən 25 kilometr diametrə malik krater uzun illər ərzində eroziya və geoloji proseslərin təsiri ilə demək olar ki, görünməz hala gəlib.

Tədqiqatçılar ərazidə meteorit zərbəsinin izlərini təsdiqləyən xüsusi minerallar və geoloji xüsusiyyətlər də aşkarlayıblar.

Beləliklə, sadə bir peyk xəritəsi üzərindəki dairəvi görüntü alimləri yüz milyonlarla il əvvələ aparan mühüm kəşfə çevrilib.


Sizin reklam burada
Sizin reklam burada