Əlli ildən çoxdur elmə məlum olan, lakin səbəbi müəyyən edilməyən nadir AnWj qan xüsusiyyətinin genetik mənşəyi nəhayət müəyyənləşdirilib.
News365.az xəbər verir ki, araşdırma nəticəsində bunun MAL adlı yeni qan qrupu sistemi ilə əlaqəli olduğu ortaya çıxıb.
Kəşfin nadir qan xüsusiyyətinə malik xəstələrin müəyyənləşdirilməsini və qan köçürülməsi zamanı uyğun donorların tapılmasını asanlaşdıra biləcəyi bildirilir.