66 milyon illik nəhəng dinozavrın ayaq izləri tapıldı

66 milyon illik nəhəng dinozavrın ayaq izləri tapıldı
23 Sen 2026 23:20

ABŞ-da təxminən 66,5 milyon il əvvəl yaşamış nəhəng ətyeyən dinozavrın ayaq izləri aşkarlanıb.

News365.az xəbər verir ki, izlər Şimali Dakota ştatında tapılıb. Onların Tirannozavr reksə (T-Rex) aid olduğu ehtimal edilir. T-Rex milyonlarla il əvvəl yaşamış və dövrünün ən iri yırtıcı dinozavrlarından biri olub.

Ümumilikdə dörd ayaq izindən ibarət cığırın uzunluğu təxminən 7 metrdir. Alimlər hesab edirlər ki, tapıntı T-Rex-in hərəkəti, addımlarının uzunluğu və yerimə tərzi barədə yeni məlumatlar verə bilər.

Maraqlıdır ki, izləri peşəkar alim deyil, fosil axtaran orta məktəb müəllimi aşkar edib.


Sizin reklam burada
Sizin reklam burada