Sosial media üzrə ekspert Fərid
Ağazadə, müasir dövrün ən aktual mövzularından biri olan sosial medianın dilə
təsiri barədə bir çox araşdırmalar aparmış və fikirlərini geniş müzakirə
etmişdir. O, sosial medianın dilin inkişafına həm müsbət, həm də mənfi təsir
göstərdiyini vurğulayır.
News365.az xəbər verir ki, Fərid
Ağazadə sosial media platformalarında istifadə edilən qısa və yığcam
ifadələrin, gənc nəsil arasında danışıq dilində çox sürətlə yayıldığını qeyd
edir. Ancaq o, bu dil formalarının ədəbi dilin zənginliyini azaldığını düşünür.
"Sosial medianın dili, təbii
ki, dilin təkmilləşməsini təmin edir, lakin bu inkişafın nə qədər sağlam olması
mübahisəlidir. Sosial mediada istifadə edilən qısa sözlər, emotikonlar və
qısaltmalar, dilin daha təbii və sürətli istifadəsinə imkan yaratsa da, eyni
zamanda dilin doğru və düzgün istifadəsini təhdid edir" — deyə bildirir.
Ağazadə, sosial medianın gətirdiyi
bu dəyişikliklərin yalnız dilə deyil, həm də insanın ünsiyyət vərdişlərinə
təsir etdiyini qeyd edir. Onun sözlərinə görə, insanların gündəlik həyatında
istifadə etdiyi ifadələr, həm də onların mədəniyyətini və dünyagörüşünü əks
etdirir. Bu isə dilin yalnız kommunikasiya vasitəsi deyil, həm də bir
mədəniyyət elementinə çevrildiyini göstərir.
Sosial media dilinin "daha
sürətli və daha az formal" olmasını doğru və normal qəbul etsə də, ədəbi
dilin qorunmasının vacibliyini vurğulayan Fərid Ağazadə, sosial media və
ənənəvi ədəbi dil arasında balansın qorunmasının vacibliyini bildirir.
Daha ətraflı aşağıdakı videoda:
News365.az