Qusar rayonunda baş verən yol-nəqliyyat hadisəsində xəsarət alanların polkovnik Şair Ramaldanovun ailə üzvləri olduğu məlum olub.
News365.az xəbər verir ki, qəzada onun qardaşının ailə üzvləri olub.
Məsələ ilə bağlı News365.az-ın əməkdaşı Şair Ramaldanovla əlaqə saxlayıb. Polkovnik hadisə ilə bağlı açıqlama verərək faktı təsdiqləyib.
İlkin məlumatlara görə, dayə və qardaşı qızı hadisə yerindəcə həyatını itirib, digər şəxslər isə müxtəlif dərəcəli xəsarətlər alıblar.
Hadisə ilə bağlı araşdırma aparılır.
***
Qusardakı yol qəzasında ölən və xəsarət alanların kimliyi məlum olub.
News365.az bildirir ki, rayonun Yuxarı Ləyər kəndində KİA markalı minik avtomobilinin idarəetmədən çıxaraq dərəyə aşması nəticəsində sərnişinlər; 36 yaşlı Tamilla Ramaldanova və 43 yaşlı Cəmilə Bağırova hadisə yerində ölüblər.
Qəza zamanı sürücü, 1962-ci il təvəlludlü Fariza Vladimirovna - Ramaldanova, sərnişinlər; 2022-ci il təvəllüdlü Arman və Adam Qoşqar oğlu Rəhimovlar (əkizlər) və 2017-ci il təvəlludlü Rüstəm Qoşqar oğlu Rəhimov xəsarət alıblar.
Yaralılar Qusar rayon Mərkəzi Xəstəxanasına çatıdırılıblar.
Qeyd edək ki, qəzaya uğrayanlar Bakı şəhər sakinləridirlər və bir ailənin üzvləridir.
Hadisə ilə bağlı araşdırma aparılır.