Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan (1991-1998) Erməni Milli Konqresi Partiyasının (EMK) sədri vəzifəsinə növbəti dəfə seçilib.
Bu barədə yerli KİV məlumat yayıb.
Bildirilib ki, partiyanın dördüncü qurultayında eyni zamanda gizli səsvermə yolu ilə 29 nəfərdən ibarət idarə heyəti də seçilib.
Xatırladaq ki, EMK L. Ter-Petrsoyan tərəfindən 2008-ci ildə təsis edilmiş siyasi partiyadır.