Qaradağda zəncirvari qəza

Qaradağda zəncirvari qəza
14 Dek 2025 23:18

Qaradağ rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

News365.az xəbər verir ki, "KİA Sorento", "Range Rover", "Changan", "Volkswagen" və "BMW" markalı avtomobillər toqquşub.

Qəza səbəbilə yolda uzun tıxac yaranıb. Hadisə zamanı sürücü və sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Əraziyə Dövlət Yol Polisi və Təcili Tibbi Yardım briqadaları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada