Qusarda avtomobil dərəyə aşıb, 2 nəfər ölüb, 4 nəfər yaralanıb

Qusarda avtomobil dərəyə aşıb, 2 nəfər ölüb, 4 nəfər yaralanıb
14 Dek 2025 17:09

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qusar rayonu, Yuxarı Ləgər kəndində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Bu barədə FHN Mətbuat xidmətindən məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qusar rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “KİA” markalı minik avtomobilinin idarəetməni itirərək dərəyə aşdığı və vətəndaşın nəqliyyat vasitəsində köməksiz vəziyyətdə qaldığı müəyyən olunub.

Yanğınsöndürən-xilasedicilər tərəfindən avtomobildə köməksiz vəziyyətdə qalan 1 nəfər qadın xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.

Hadisə nəticəsində ümumilikdə 2 nəfər həyatını itirib, 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.


Sizin reklam burada
Sizin reklam burada