Yaşayan Nostradamusdan Putinin səhhəti ilə bağlı sarsıdıcı PROQNOZ

Yaşayan Nostradamusdan Putinin səhhəti ilə bağlı sarsıdıcı PROQNOZ
14 Dek 2025 23:32

Son dövrlərdə Rusiya prezidenti Vladimir Putinin səhhəti ilə bağlı müxtəlif şayiələr dolaşmaqdadır. Bu iddialar fonunda özünü “Yaşayan Nostradamus” adlandıran ekstrasens Atos Salome 2026-cı ilə dair diqqətçəkən proqnozla çıxış edib.

News365.az xəbər verir ki, Britaniyanın “Express” nəşrinin məlumatına görə, 39 yaşlı Salome Vladimir Putinin sağlamlığında nevroloji xarakterli ciddi bir böhranın yaşana biləcəyini iddia edir. Ekstrasens daha əvvəl COVID-19 pandemiyası və Kraliça II Yelizavetanın vəfatı ilə bağlı səsləndirdiyi və sonradan gerçəkləşən proqnozlardan sonra tanınmağa başlayıb.

Onun sözlərinə görə, Kremldə sarsıdıcı və gözlənilməz proseslər baş verə bilər. Salome iddia edir ki, Vladimir Putin strateji qərarların qəbuluna mane olacaq nevroloji problemlə üzləşə və bu səbəbdən diqqətini sağlamlığına yönəldə bilər.

Ekstrasensin proqnozuna əsasən, belə bir vəziyyətdə Putinin ən yaxın çevrəsinə daxil olan Nikolay Patruşev, Sergey Şoyqu və Aleksandr Bortnikov 2026-cı ilin may ayına qədər ölkə idarəçiliyində əsas söz sahibi ola bilərlər.

Qeyd olunur ki, Patruşev prezidentin köməkçisi, Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi və keçmiş müdafiə naziri, Bortnikov isə Federal Təhlükəsizlik Xidmətinin direktorudur.

Xatırladaq ki, il ərzində Rusiya liderinin səhhəti ilə bağlı müxtəlif məlumatlar yayılsa da, 73 yaşlı Vladimir Putinin konkret hansı xəstəlikdən əziyyət çəkib-çəkmədiyi rəsmi şəkildə açıqlanmayıb. Bununla belə, oktyabr ayında Kreml Putinin iki həftə ictimaiyyət qarşısında görünməməsindən sonra xəstəxanaya yerləşdirildiyini təsdiqləmişdi.


Sizin reklam burada
Sizin reklam burada