Bu yolda avtomobillərin hərəkəti məhdudlaşdırıldı - VİDEO

Bu yolda avtomobillərin hərəkəti məhdudlaşdırıldı - VİDEO
14 Dek 2025 19:44

Bu gün səhər saatlarından etibarən yağan qar və şaxtalı hava Bakı-Şamaxı-Yevlax avtomobil yolunda hərəkətə təsir göstərib.

News365.az xəbər verir ki, yolun enişli-yoxuşlu və döngəli hissələrində buzlaşma yarandığı üçün təhlükəsizlik məqsədilə paytaxtdan Şamaxı istiqamətində bəzi nəqliyyat vasitələrinin hərəkəti yol polisi tərəfindən qismən məhdudlaşdırılıb.

Məlumata görə, qısa müddət ərzində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) 4 nömrəli Magistral Yolların İstismarı MMC-nin canlı qüvvəsi və xüsusi texnikası əraziyə cəlb olunub, buzlaşan hissələr təmizlənib, yollara duz-qum qarışığı səpilib.


Sizin reklam burada
Sizin reklam burada