Bursanın Uludağ rayonunda yerləşən lüks bir oteldə baş verən yanğın böyük təşvişə səbəb olub. Qısa müddətdə alovlar bütün binanı bürüyərkən, hadisə yerinə çox sayda yanğınsöndürən briqada göndərilib. Briqadalar yanğını nəzarət altına almaq üçün zamanla mübarizə apararkən, Bursa Böyükşəhər Bələdiyyə Başçısı Mustafa Bozbey hadisə nəticəsində 1 nəfərin həyatını itirdiyini açıqlayıb.
News365.az xəbər verir ki, Uludağda bir müddət əvvəl yanvar ayında turizm fəaliyyət sənədi olmadığı üçün bağlanan oteldə baş verən yanğına müdaxilə edilir.
Əldə edilən məlumata görə, 1-ci Otellər Bölgəsində sadə yerləşdirmə sənədinin müddəti bitən və həmin dövrdə Milli Parklardakı ayrılma müddəti başa çatdığı üçün bələdiyyənin iş yeri açma icazəsini yeniləmədiyi oteldə hələlik müəyyən olunmayan səbəbdən yanğın baş verib.
Məlumat daxil olduqdan sonra hadisə yerinə yanğınsöndürən briqadalar göndərildi.
İlkin müəyyənləşdirmələrə görə heç kimin olmadığı oteldəki yanğının söndürülməsi üçün işlər davam edir. Otel haqqında məhkəmə tərəfindən də təxliyə qərarının verildiyi öyrənilib.
Yanğınla bağlı açıqlama verən Bursa Böyükşəhər Bələdiyyə Başçısı Mustafa Bozbey, 4 nəfərin xilas edildiyini, 1 nəfərin isə həyatını itirdiyini bildirib.