Baqajınız İtdi və ya Gecikdi? - Vəkildən Sərnişinlərə Hüquqi Xəbərdarlıq

Baqajınız İtdi və ya Gecikdi? - Vəkildən Sərnişinlərə Hüquqi Xəbərdarlıq
10:25

Təyyarə ilə səfər edərkən baqajın zədələnməsi, itməsi və ya gecikməsi sərnişinlərin ən çox qarşılaşdığı problemlərdən biridir. Bəs belə hallarda hüquqlarınızı necə qorumalısınız?

Məsələ ilə bağlı News365.az-a açıqlama verən vəkil Dilqəm Musayev bildirib ki, bu cür insidentlər beynəlxalq səviyyədə Monreal Konvensiyası ilə tənzimlənir. Ekspertin sözlərinə görə, qanunvericilik sərnişinə dəymiş zərərə görə birbaşa kompensasiya tələb etmək hüququ verir:

"Baqajı zədələnən və ya itən vətəndaş ilk növbədə aidiyyəti aviaşirkətə rəsmi müraciət ünvanlamalıdır. Əgər aviaşirkət kompensasiya ödəməkdən imtina edərsə, sərnişinin məsələni məhkəmə müstəvisinə daşımaq və haqqını tələb etmək hüququ var."

Melumat üçün: 1999-cu il mayın 28-də imzalanan Monreal Konvensiyası ("Beynəlxalq hava daşımalarının bəzi qaydalarının unifikasiyası haqqında" sənəd) aviaşirkətlərin mülki məsuliyyət çərçivəsini müəyyən edir. Sənədin ana xəttini sərnişin hüquqlarının qorunması, eləcə də yük və baqaj gecikmələri zamanı dəymiş ziyanın ədalətli ödənilməsi təşkil edir.


Sizin reklam burada
Sizin reklam burada