Sərhədlərimiz bağlıykən yanvarda 45 min nəfər quru yolla xaricə necə gedib? – AÇIQLAMA

Sərhədlərimiz bağlıykən yanvarda 45 min nəfər quru yolla xaricə necə gedib? – AÇIQLAMA
10:29

Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2026-cı ilin yanvar ayında xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının 69,0 faizi hava, 29,5 faizi dəmir yolu və avtomobil, 1,5 faizi isə dəniz nəqliyyatından istifadə ediblər.

Nəzərə alaq ki, Azərbaycanın quru sərhədləri bağlıdır. Bəs, onda bu qədər insan xaricə necə gedə bilib?

Mövzu ilə bağlı News365.az-a danışan iqtisadçı Natiq Cəfərli deyib ki, nəzərə alaq ki, heç də Azərbaycanın bütün sərhədləri bağlı deyil:

“Naxçıvan əhalisi rahatlıqla Türkiyəyə və İrana gedib-gələ bilir. Məhz bu səbəbdən xaricə quru yolla gedənlərin sayı bu qədər çoxdur. Üstəlik, Azərbaycanın əsas ərazisindən dəmir yolu maşinistləri və tranzit yük maşınlarının sürücüləri də xaricə gedə bilirlər. Ona görə də məlumatda həm dəmir yolu, həm də avtomobillə gedənlər qeyd edilib”.

News365.az


Sizin reklam burada
Sizin reklam burada