Bu ölkədə qar uçqunu olub- 7 turistdən 3-ü tapıldı, 4 nəfər itkin düşüb

Bu ölkədə qar uçqunu olub- 7 turistdən 3-ü tapıldı, 4 nəfər itkin düşüb
13:50

Rusiyanın Buryatiya bölgəsində dağlıq ərazidə qar uçqunu baş verib. Hadisə 7 nəfərdən ibarət, qeydiyyatsız turist qrupunun Konstitusiya zirvəsinə qalxması zamanı qeydə alınıb.

News365.az -ın məlumatına görə, dağ yamaclarından birində baş verən uçqun nəticəsində qar kütləsi turistlərin üzərinə düşüb. İlkin məlumatlara əsasən, qrup üzvlərindən 3 nəfər hadisə yerinin kənarında tapılıb. Onlar xəsarət alsalar da, radio vasitəsilə xilasedicilərə məlumat verməyə nail olublar.

Digər 4 turistin isə qar altında qaldığı ehtimal olunur. Əraziyə cəlb olunan axtarış-xilasetmə qrupları işlərini davam etdirir.

Faktla bağlı araşdırma aparılır.

News365.az


Sizin reklam burada
Sizin reklam burada