"Hansı aparıcı maraqlıdırsa, onun haqqında danışırlar. Amma neçə kanal və veriliş var ki, haqqında danışmırlar. Bizim veriliş haqqında hər dəfə nəsə yazılır. Sağ olun, iradlarınızla gündəmdəyik".
News365.az xəbər verir ki, bu sözləri aparıcı Leyla Mustafayeva "İncə səhər" verilişində deyib. Aparıcı "Ənənə boğçası" verilişinin tənqid edənlərə cavab verib:
"Şikayət etmirəm, amma çəkilişlər bizi yorur. Tamaşaçı kamera arxasını bilmir. Hansısa rayona gedirlərsə, qayıdanda Bakıda 1 həftə dincəlirlər ki, yorulduq. Bizim isə belə şansımız olmur. Deyirlər, bəxtəvərlər yeyib içirlər, gəzirlər. Biz yorucu tərəfləri göstərmirik. Əlimizdən gələni edib, ən yaxşı insanı, tərəfi, rayonu göstəririk. Əgər bir aparıcıya irad bildirilmirsə, deməli yaxşı deyil"./Axşam.az