İranda son dövrlərdə müşahidə olunan intensiv yağıntılar qurumaq təhlükəsi ilə üz-üzə qalan Urmiya gölünə yenidən həyat verib.
News365.az İRNA agentliyinə istinadən xəbər verir ki, göldə suyun səviyyəsi 1 270 metr 70 santimetrə yüksəlib.
Məlumata görə, bu göstərici cari ilin əvvəli ilə müqayisədə suyun səviyyəsinin 120 santimetr artması deməkdir.
Hazırda göldəki suyun ümumi həcmi 2 milyard 890 milyon kubmetrə çatıb ki, bu da son 5 ilin ən yüksək göstəricisi kimi qiymətləndirilir.
Yağıntıların davam etməsi və həyata keçirilən ekoloji tədbirlər gölün ekosisteminin bərpasına dair ümidləri artırıb.




