Şəmkirdə 18 yaşlı oğlan bıçaqlanıb.
Hadisə rayon ərazisində qeydə alınıb.
Belə ki, 2008-ci il təvəllüdlü Niyamədin Quliyev bıçaqlanıb.
İlkin məlumata görə, hadisəni onun qardaşı Xaləddin Quliyevin törətdiyi ehtimal olunur. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma başlanılıb.
***
Şəmkirdə qardaşını bıçaqlamaqda şübhəli bilinən onun əkiz qardaşı Xaləddin Quliyev saxlanılıb.
İlkin məlumata görə, qardaşlar şəxsi münasibətlər zəmnində mübahisə edib.
Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma başlanılıb.